- Baxış sayı: 20
- 09 Oktyabr 2024 15:46
- Baxış sayı: 58
- Oktyabr 08, 2024
- 0
Allsport.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Tiaqo Silva “Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisinə mümkün gəlişi haqda danışıb .
“Düzünü desəm, dostluğumuza və anlayışımıza görə onun məşqçi olmasını istərdim. O, mənim Milanda ilk avropalı məşqçim olub. Ançelottinin karyerası ərzində gördüyü işlər onun milliyə rəhbərlik etməyə hazır olduğunu göstərir”.
Bundan əvvəl Karlo Ançelotti özü təsdiqləmişdi ki, Braziliya millisi onunla maraqlanır. İtalyanın “Real Madrid” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.