Tiflisdən 11 qızıl, 9 gümüş və 5 bürünclə

Gürcüstan paytaxtında beynəlxalq turnirində “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar.

Allsport.az saytı xəbər verir ki, Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Aylin Yüsifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 dəst, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа bürünc medal qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish