- Baxış sayı: 41
- 17 Mart 2025 23:55
- Baxış sayı: 35
- Mart 18, 2025
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə güləşçilərin reytinq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan hər 3 növdə təmsil olunub. Qadınlar 2 qızıl, 1 gümüş, sərbəstlər güləşçilərimiz 1 qızıl, 3 gümüş, 3 bürünc, “klassiklər” 1 qızıl və 5 bürünc medal qazanıblar.
Turnirdə yadda qalan digər məqamlar da olub. 1-ci dərəcəli beynəlxalq hakim Vüqar Şükürova final (qadınlarda 68-kq-da) və 3-cü yerlər ugrunda görüşlər həvalə olunub.
Avropa çempionu və dünya çempionatının 2-qat gümüş mükafatçısı Sənan Süleymanov (77 kq) mövsümə yeni güləş geyimində çıxıb. O, yekunda 5-ci yerlə kifayətlənib. Paris-2024-də zədələnən idmançımız medal qazanmaq fürsətini əldən vermişdi. Ondan sonra bir müddət istirahətə çəkilərək müalicə almağa başlamışdı.
“Dəmir yumruq” 2-ci Vətən müharibəsində Odlar yudrunun qələbə və birlik rəmzidir.