- Baxış sayı: 32
- 14 Oktyabr 2024 23:44
- Baxış sayı: 61
- Oktyabr 11, 2024
- 0
“Qarabağ” Avropa liqasının əsas mərhələsinin ilk turunda Londonda “Tottenhem”ə 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, rəqib 7-ci dəqiqədə azlıqda qalıb. Üstəlik, 2-ci yarıda komandamız penaltidən dəqiq ola bilməyib. Mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov böyük hesablı yenilgiyə aydınlıq gətirib:
“Bəlkə də, bu gün 0:3 hesabı ilə məğlub olmağa layiq deyildik. Çünki xeyli sayda qol fürsətləri oldu. Bu gün təcrübə və ustalıq qalib gəldi. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər. Rəqibin azlıqda qalması bizə bir az rahatlıq verdi.
Bilirsiniz ki, dünyanın ən güclü çempionatı İngiltərədə keçirilir və “Tottenhem” də həmişə liderlər sırasında olub. Futbolçularımız bunu dərk edirdilər və istər-istəməz bir az həyəcan var idi. Mənə elə gəlir ki, bu amil mane oldu”.
Baş məşqçi matçdan əvvəl komandanın tıxacda qalmasının və stadiona gec çatmasının nəticəyə təsir etdiyini söyləyib: “İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm.
Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.