Tofiq Musayev: Növbəti mərhələyə çıxsam, Patrik Pitbulla revanş döyüşünə çıxacağam

MMA döyüşçüsü Tofiq Musayev ABŞ-ın nüfuzlu “Bellator” şirkəti ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, titullu idmançı 18 ay ərzində 4 döyüş keçirəcək. “Bellator” mütləq döyüş çempionatından (UFC) sonra 2-ci məşhur turnir sayılır. Həmyerlimiz 22 iyulda debüt edəcək. Həmin gün Odlar yurdu milli mətbuat gününü də qeyd edəcək. Onun hazırlığı hansı səviyyədə olub? Bu və digər suallara cavab almaq üçün allsport.az saytının əməkdaşı Tofiq Musayevlə görüşdü.

– Rəqibiniz Sidney Outlau necə qiymətləndirirsiniz?
– Əslində, ilk rəqibimin Adam Pikkolotti olmalı idi, amma o zədə aldığı üçün, təşkilatın menecerləri bizimlə danışıqlar apardı. Nəticə etibarı ilə, mənim üçün bir əlverişli şərait yarandı. Sidney reytinqdə ön sıralarda olan idmançılardandır. Bu rəqibi keçsəm, birbaşa kəmərə uğrunda döyüşə bilərəm. Bu qələbə mənim final döyüşümü daha tezləşdirə bilər. Həmişə qarşılaşdığım rəqiblərimə hörmətlə yanaşıram. Reytinqdə 1-ci olması onun güclü döyüşçü olmagından xəbər verir. Qalib gəlmək üçün sonuna gədər əlimdən gələni etməyə hazıram. Baş məşqçi Ruslan Əfəndeyevin rəhbərliyi taktiki-texniki və fiziki məşqlər yüksək səviyyədə oldu. Son – çəkisalma mərhələsi də yaxşı keçdi.

– Sizin üçün ən gözlənilməz döyüşçü kim ola bilər?
– Fikrimcə, yenilməyən insan yoxdur. Bu gün əsas hədəfim “Bellator” olduğundan, düşünürəm ki orda güclü rəqiblər var. Daim qarşımdakı məqsəd üçün özümü motivasiya edirəm. Çətin qarşılaşmalarımdan biri, Patrik Pitbul ilə döyüşümü vurğulaya bilərəm. Növbəti mərhələyə çıxsam, revanş kimi kəmər uğrunda onunla vuruşacam. Pitbull 66 kq-da, qardaşı isə 70-kq da özlərini subut etmiş idmançılardır. “Bellator” ilə yeni müqavilə bağlayanda, özu mənimlə revanş döyüşünü keçirmək istədiyini şəxsən qeyd etmişdı. Onunla növbəti döyüşümün gərgin keçəcəyini düşünürəm.

– Rizin turnirində qazandığınız uğur sizin karyeranıza necə təsir edib?
– Bu qran-pri dünyaca məşhur döyüşçülərin qatıldığı bir təşkilatdır. Burada idmanda öz dəsti-xətti ilə tanınan “İmperator” ləqəbli Fyodor Yemelyanenko, Alistar Overim, Vitor Belfort, Anderson Silva, Floyd Mayvezer kimi adlar iştirak ediblər. Şübhəsiz ki, bu mənim karyeramda bir tarixdir. Yaponiyada öz döyüş üslübüm, xarakterım ilə tamaşaçıların ürəklərinə yol tapa bilmişəm. Bügünki günə gədər Yaponiyaya yollandıqda, bizi hava limanında qarşılayıb, mehmanxanaya gədər yola salırlar. Xüsüsi ilə vurğulamaq istəyirəm ki, təlim-məşq toplanışlarındada koməklik edirlər. Yerli azarkeşlər yaxınlaşıb, şəkil çəkdrillər öz isti münasibətlərini göstərillər. Əfsuslar olsun ki, belə izdiham dogma Azərbaycanda olmayıb. Yad ölkə olmasına baxmayaraq, daha çox dəyər verərək, dəstəklərini əsirgəmirlər. Yaxın gələcəkdə təşkilatla bərabər Yaponiyada azarkeşlər üçün görüş keçirmək fikrimiz var. Rizin ilə Bellator (keçmiş PRİDE təşkilatı) bir partnyor olduğundan, bu mənə hər 2-turnirda döyüşmək imkanı yaradır. “Bellator” və Rizin hətta birgə yarışlar keçirirlər. Güclü döyüşçüləri seçərək, öz turnirlarına göndərməklə, rəqabəti artırıllar.

– Gələcək hədəfləriniz haqqında danışardınız?
– Hər bir idmançının peşəkar karyerasında şübhəsiz ki, mailyyə çox böyük rol oynayır. Döyüşlərdə təcrübə qazanaraq, titullar əldə etməyindən asılı olmayaraq, qonorar bir çox məsələlərdə öz əksini tapır. Hansı təşkilat daha çox diqqət göstərirsə, təbii ki döyüşçü də o yolu seçir. UFC-dən olunan təklif məni qane etmədiyi üçün razılaşmamışam. Belə vacib qərarlara strateji yanaşaraq, düzgün addım atmaq önəmlidir. Şəxsi məşqçim və menecerımın göstərişi ilə artıq “Bellator” kimi reytinqlı təşkilatla müqavilə bağlamışıq. UFC-dən fərqli olaraq, “Bellator”un ın həm şərtləri, həm də mükafatı bizi tam razı edir. Qarşıdan gələn turnirdə bizim ən əsas niyyətimiz kəmərə doğru irəlləməkdir. Kəməri qazandıqdan sonra, müdafiə edərək növbəti planları quracagığ. UFC turnırına çempion kimi qatılmaq niyyətindəyəm. Qalib döyüşçünün prestiji məvacibinədə müsbət təsir göstərir.

Söhbətləşdi: Aynur MEHDİYEVA

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish