Tokio-2020-nin nəticələri təhlil edildi, Paris olimpiadasına hazırlıq planı müzakirə olundu

Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, nazir Fərid Qayıbov toplantının gündəliyinə əsasən, federasiya rəsmiləri və mütəxəssislərin qaldırdıqları problemləri və təkliflərini dinləyib, onların qarşıdakı iş planları, proqramları ilə maraqlanıb.

Tədbirdə Tokio-2020-yə hazırlığının və nəticələrin təhlili; Paris-2024 yay olimpiya oyunlarına hazırlıq planları; federasiyaların strateji inkişaf planının hazırlanması; istiqamətlər üzrə inkişaf proqramlarının hazırlanması; idman növləri üzrə milli komandaların hazırlığı və yarışlarda iştirakı; maddi-texniki bazadan səmərəli istifadə; federasiyaların beynəlxalq əlaqələri, maliyyə, marketinq fəaliyyəti, sponsorların cəlb olunması; federasiyalarda mətbuat xidməti işinin təkmilləşdirilməsi; federasiyaların akkreditasiyası və digər məsələlər müzakirə edilib.

Tədbirin sonunda Fərid Qayıbov səslənən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini və federasiyaların iştirakı ilə belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyini bildirib.

Həmin kateqoriyadan