Tokio olimpiadasında iştirak edəcək ilk komanda artıq Yaponiyada

Tokio-2020-də iştirak edəcək Avstraliyanın qadın softbol yığması təlim-məşq üçün bu gün Yaponiyaya səfər edib. Allsport.az saytı xəbər verir ki, komandanı gətirən təyyarə “Narita” beynəlxalq hava limanında yerə enib. Bu, qarşıdan gələn olimpiya oyunlarında iştirak etmək üçün Yaponiyaya gələn ilk idmançılar qrupudur.

Avstraliyalılar koronavirusa qarşı ilkin vaksinasiyadan keçiblər. 30 nəfərdən ibarət komandanın 3 gün mehmanxanada qalacağı və iyunun 5-dən məşqlərə başlayacağı bildirilir. İdmançıların yaşayacağı baza Qumma prefekturasının Ota şəhərində yerləşir. Olimpiadaya hazırlıq çərçivəsində onların burada 12 oyun keçirəcəyi də qeyd edilir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish