Tomas Bax: Olimpiya oyunlarında münaqişəli ölkələrin də iştirak etməsini zəruridir

Beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Bax, İndoneziyada keçirilmiş G-20 sammitinin iştirakçılarını idmana münasibətdə siyasi neytral olmağa çağırıb. Allsport.az saytı xəbər verir ki, o, olimpiya oyunlarında bütün ölkələrin – o cümlədən – xüsusən də münaqişəli ölkələrin iştirak etməsini zəruri sayıb:

“Ölkələr arasında keçmişdə baş vermiş digər münaqişələrdən fərqli olaraq, bu dəfə bəzi ölkələr siyasi səbəblərə görə idmançıların olimpiya oyunlarında iştirakından imtina etmək hüququna malik olduqlarına qərar verdilər. İdman siyasi təsir alətinə çevrilsə, tamamilə dağılacaq. İdmanın mahiyyəti ondan ibarətdir ki, qərarlar yalnız idman nəticələri əsasında qəbul edilməlidir, başqa heç nə yox.

Bütün ölkələrin olimpiya oyunlarında, o cümlədən, xüsusən də ziddiyyətli ölkələrin iştirak etməsi zəruridir. Yalnız müttəfiq ölkələr iştirak etsə, olimpiya oyunlarından əsl sülh simvolu olmayacaq. Bəşəriyyətin birləşmək üçün çox imkanları yoxdur”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish