“Tottenhem”ə 70 milyon təklif olunur

“Tottenhem”in müdafiəçisi Kristian Romero ilə “Atletiko Madrid” maraqlanır.

Allsport.az xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı argentinalı üçün 55 milyon avro və 15 milyon avro bonus təklif etməyə hazırdır. Danışıqlarda irəliləyiş hələ bu həftə əldə edilə bilər.

Romero 2024/25 mövsümündə İngiltərə premyer liqasında 18 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan