- Baxış sayı: 28
- 06 Fevral 2025 19:24
- Baxış sayı: 115
- Fevral 05, 2025
- 0
Bu ilin yanvarında açılan “Turan Tovuz” futbol akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub. Allsport.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına araya-ərsəyə gələn akademiyaya Adil Şükürov rəhbər təyin olunub.
Onunla 2 illik müqavilə bağlanıb. Mütəxəssis martın əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.
Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. O, “Bakı” futbol akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb.