- Baxış sayı: 31
- 21 Aprel 2025 22:36
- Baxış sayı: 96
- Aprel 21, 2025
- 0
Kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçusu Oleq Georgiyevskinin Türkiyə Super Liqasında forma geyindiyi «Trabzonspor» pley-off mərhələsində növbəti oyununa çıxıb.
Allsport.az saytı xəbər verir ki, «bordo-mavililər» 4-cü matçda evdə «Ankara BB» klubu ilə münasibətinə aydınlıq gətirib. Gərgin mübarizədə meydan sahibləri 28:23 hesabı ilə qalib gəlib.
Bu komandalar arasında ümümi hesab 2:1 qaradənizlilərin xeyrinədir. Aprelin 21-də daha bir görüş oynanılacaq. Əgər «Trabzonspor» qalib gələrsə, «Beşikdaş», «Amasya» və «Nülufər»in ardından yarımfinala adlayan tərəf olacaq.