- Baxış sayı: 62
- 20 Sentyabr 2023 22:03
- Baxış sayı: 39
- Oktyabr 03, 2023
- 0
İran çempionatında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi”, “Malavan” və “Göstəriş” klubları da növbəti matçına çıxıb.
“Traktorçular” doğma meydanda “Zobahan” ilə qarşılaşıblar və 4:4 hesablı heç-heçəyə razılaşıblar.
Təbrizin elitadakı digər klubu – “Göstəriş” isə səfərdə “Rahahan”la qolsuz heç-heçəyə razılaşıb.
Cənubi Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” komandası isə turu məğlubiyyətlə başa vurub. Bu komanda səfərdə “Persepolis”ə 0:2 hesabıyla məğlub olub.
Bu nəticələrdən sonra “Traktorsazi” 16 klub arasında 14 xalla 6-cıdır. “Göstəriş” də 14 xal toplayıb və 8-ci pillədədir. “Malavan” 13 xalla 11-cidir.