- Baxış sayı: 15
- 14 May 2025 11:59
- Baxış sayı: 76
- May 13, 2025
- 0
ABŞ prezidenti Donald Tramp və FİFA prezidenti Canni İnfantino Meksika, Kanada və ABŞ-da keçiriləcək DÇ-2026 ilə bağlı Vaşinqtonda görüşüblər.
Allsport.az xəbər verir ki, görüş zamanı Trampdan Rusiya komandasının turnirdən kənarlaşdırılması barədə nə düşündüyünü soruşduqda, prezident bundan xəbəri olmadığını etiraf edib. O, öz növbəsində bununla bağlı İnfantinodan məlumat soruşub. FİFA prezidenti isə belə cavab verib:
“Bəli, onlara hələ də oynamağa icazə verilmir. Ümid edirik ki, sülh gələcək və sonra Rusiya yenidən aramızda olacaq”.