- Baxış sayı: 42
- 01 Dekabr 2023 16:54
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
Respublika velotrekində trek üzrə Bakı birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.
Bakı şəhər gənclər və idman baş idarəsi və Azərbaycan velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə keçirilən sınaqda bütün yaş kateqoriyaları üzrə idmançılar 12 növdə güclərini sınayıblar.
U-15 yaş qrupunda 333, 666 metr və 1 km, U-17 yaş kateqoriyasında 333, 666 metr, 1 km və skretç, gənclər 1 km və skretç, U-23 və elit yaş qrupundakı idmançılar isə 1 km və skretç növündə ən güclüləri müəyyənləşdiriblər.