Triatlonçumuz qitə kubokunda qızıl medala yiyələnib

Portuqaliyanın Funşal şəhərində sprint üzrə Avropa kuboku finalında Rostislav Pevtsov qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 58 nəfərin mübarizə apardığı rəqabəti 52 dəqiqəlik nəticə ilə başa vurub.

Təmsilçimiz 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 9 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi, 5 km-lik qaçış zolağını Rostislav 14 dəqiqə 56 saniyə tamamlayıb.

Qadınların mübarizəsində Kseniya Levkovskaya 1 saat 2 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish