- Baxış sayı: 34
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 60
- Oktyabr 10, 2024
- 0
Tümen vilayətinin eyni adlı şəhərində dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandalarının iştirak etdiyi ənənəvi turnirdə 3 güləşçimiz fəxri kürsüyə qalxıb.
Bu yarışda özünü 60 kq-da sınayan Eldəniz Əzizli və Ülvi Qənizadə (72 kq) finala yüksəlib. Ancaq zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medalla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.