- Baxış sayı: 33
- 22 Mart 2023 19:20
- Baxış sayı: 159
- Mart 22, 2023
- 0
“Kəpəz”in futbolçusu Tural Qürbətov klubun mətbuat xidmətinə açıqlama verib.
Allsport.az xəbər verir ki, hücumçu “sarı-göylər”in çempionatın 2-ci dövrəsinə uğurlu start verməsindən danışıb:
“Komandamızın hədəfi daha yuxarı pillələrdə yer almaqdı. Rəqiblərlə xal fərqi elə də çox deyil. Bunu aradan qaldırmaq olar. Bu kollektivlə çempion ola bilərik.
Fasilədən sonra keçirilən ilk oyunda MOİK ilə qarşılaşdıq. Meydança və çətin hava şəraitinə baxmayaraq qələbə qazandıq. Çempionata qələbə ilə başlamağımız komandanın əhval-ruhiyyəsini daha da yüksəltdi”.