- Baxış sayı: 28
- 22 May 2025 01:26
- Baxış sayı: 105
- May 21, 2025
- 0
AFFA intizam komitəsinin növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda premyer liqanın XXX turunda baş verənlərlə bağlı qərar verilib.
“Qarabağ”la ev oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimələnib.
“Sabah”la ev matçında baş məşqçi Qurban Berdıyev qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb. “Turan Tovuz” isə 4000 manat ziyana düşüb.
Tovuz təmsilçisi həmçinin 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800 manat, azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə isə 1000 manat cərimələnib.
Eyni oyunda “Sabah”ın hücumçusu qırmızı vərəq aldığı üçün 1 oyunluq, komandası isə 500 manat cəzalanıb.
“Araz Naxçıvan”la ev oyununda azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” 500 manat ödəməli olacaq.
“Neftçi” isə “Zirə”ni qəbul etdiyi qarşılaşmada 4 üzvü sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərinin rəqib futbolçuya irqçilik etdiyi üçün isə 2000 manat ziyana düşüb.