- Baxış sayı: 36
- 16 Yanvar 2025 23:37
- Baxış sayı: 411
- Yanvar 15, 2025
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda ölkə kubokunun 1/8 final mərhələsinin qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra meydan sahibləri azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 500 manat cərimə edilir (maddə 43.7);
Həmçinin azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);
“Kəpəz” – “İmişli” oyununda Gəncə klubu 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilir (maddə 37);