- Baxış sayı: 31
- 22 Mart 2023 21:06
- Baxış sayı: 176
- Mart 22, 2023
- 0
“Turan Tovuz” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İsveçrənin “Aarua” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Görüşdə yeganə qolu Ayxan Hüseynov vurub.
Qeyd edək ki, “Turan Tovuz” Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın “Petrolul” klubuna 2:3 hesabı ilə məğlub olub. Qərb bölgəsi təmsilçisi son sınaq oyununda Polşa “Qurnik”i ilə qarşılaşacaq. Bu görüş yanvarın 17-də baş tutacaq.