“Turan Tovuz” – “Qarabağ” oyunu təxirə salındı

Premyer liqanın 3-cü turunda keçirilməli olan “Turan Tovuz” – “Qarabağ” matçı təxirə salınıb.

Allsport.az saytı xəbər verir ki, qonaq komandanın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “köhlən atlar”ın çempionlar liqasının pley-ofunda oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL, qarşılaşmanın təxirə salınması qərarını qəbul edib. Oyunun nə vaxt keçirələcəyi barədə sonra əlavə məlumat veriləcək.

Ağdam klubunun rəqibi “Viktoriya”dır (, Çex Respublikası). İlk görüş avqustun 17-də Bakıda saat 20:45-də başlayacaq. Ayın 23-də Plzendə cavab matçı biizm vaxtı ilə saat 23:00-da start götürəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish