Türkiyə çempionatında uğurlu çıxış

14-16 martda Azərbaycanı xizək alpinizmi üzrə yarışlarda təmsil edən Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov İsparta şəhərinin Davraz xizək mərkəzində Türkiyə çempionatında iştirak ediblər.

Allsport.az xəbər verir ki, yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında 1-ci, Ramin Beybutov 4-cü, U-16 kateqoriyasında 13 idmançı arasında Abel İsmixanov 1-ci, Nurid Şəkərəliyev 2-ci, U-14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında 2-ci yerə sahib olublar.

Həmçinin yarışın “mixed relay” növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yer, U-14 kateqoriyasında Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan