- Baxış sayı: 67
- 14 Aprel 2023 21:24
- Baxış sayı: 39
- May 29, 2023
- 0
Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Samsunspor”la qarşılaşıb. Matç başladığı kimi başa çatıb – 0:0. Bir müddət öncə komandanın məşqlərindən kənarlaşdırılan Cavidin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Elazığspor” hazırda 28 xalla 12-ci pillədə qərarlaşıb.