U-15 Avropa birinciliyində onlar güləşəcəklər

İyulun 16-dan 19-dək Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün olimpiya güləş mərkəzində ölkəmizi təmsil edəcək komandalarla görüş keçirilib. AGF-in icraiyyə komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov idmançılara uğurlar arzulayıblar, bəzi məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.

Avropa çempionatına qızlar start verəcək. Məsul yarışda ölkəmizi Esra Məmmədli (50 kq) və Sofiya Rüstəm (58 kq) təmsil edəcək.

Sərbəst güləş üzrə yarışda böyük məşqçi Namiq Quliyev və məşqçi Xaqan Süleymanovun rəhbərliyi altında Kamal Əhmədov, Məhərrəm Rzayev (hər ikisi 38 kq), Həsən Həsənov, Cəfər Cəfərov (hər ikisi 41 kq), Muhəmməd İsmayılov (44 kq), Rəvan Rəhimli, Rihat Cəfərov (hər ikisi 48 kq), Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq), Şeyxəli Babazadə (75 kq), Səid Paşayev və Fərhad Süleymanlı (hər ikisi 85 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşi üzrə yarışda isə böyük məşqçi Əbilfət Məmmədov və məşqçi İlham Vəzirovun rəhbərliyi altında Əli Sucayev (38 kq), Turan Daşdəmirov, Əli Nəzərov (hər ikisi 41 kq), Əmrah Əmrahov (44 kq), Səyyad Nağızadə, Nicat Dadaşov (hər ikisi 48 kq), Ayxan Cavadov (52 kq), Yusif Əhmədli (57 kq), Cavad Məmmədov, Emil Abdullayev (hər ikisi 62 kq), Elnur Hüseynov (68 kq), Orxan Hacıyev (75 kq) və Mikayıl İsmayılov (85 kq) çıxış edəcəklər.

AÇ-nin proqramına əsasən, iyulun 16-17-də qadın, 17-18-də sərbəst, 18-19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Xəzər Allahverdiyev, Sevinc Yusibova Firqət İbrahimov hakim kimi ölkəmizi təmsil edəcəklər. Sevinc Yusibova Azərbaycan güləşi tarixində beynəlxalq yarışda ədaləti qoruyacaq ilk qadın referi olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish