- Baxış sayı: 51
- 24 Sentyabr 2023 14:05
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Azərbaycan voleybol federasiyasının idman zalında 15 yaşadək qızlar arasında hazırlıq turnirinə start verilib.
Allsport.az xəbər verir ki, yarışda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 13 (“Aura”, “Azərreyl-2”, “İlkin”, İOGİM-1, “Sumqayıt”, “Abşeron-2”, “Murov”, SOİK, “Ryuqa”, “Xarı bülbül”, “Azərreyl-1”, “Dinamo”, İOGİM-2) komanda mübarizə aparır. 3 gün davam edəcək hazırlıq turniri olimpiya sistemi ilə keçirilir.
Yarışın keçirilməsində məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.