- Baxış sayı: 24
- 12 Dekabr 2024 16:48
- Baxış sayı: 71
- Dekabr 11, 2024
- 0
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Allsport.az xəbər verir ki, noyabrın 20-23-də Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya mübarizə aparacaq.
“B” qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.