- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. 13-cü qrupda yer alan U-19 milli Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları gələn ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.