- Baxış sayı: 283
- 02 Dekabr 2024 20:12
- Baxış sayı: 283
- Dekabr 02, 2024
- 0
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində 23 yaşadək cüdoçuların ölkə birincili başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda 53 klubdan 384 gənc iştirak edir.
İlk gündə qızlarda Şəfəq Həmidova (48 kq), Bəsti Səfərova(57 kq), Aidə Baxışova (70 kq), oğlanlarda Balabəy Ağayev (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Əliömər Tumayev (90 kq) bütün rəqiblərinə qalib gəliblər.