“Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq”

“Səbail” premyer liqasının 1-ci turunda səfərdə “Qarabağ”a 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki,  mətbuat konfransında qonaqların baş məşqçisi Mahmud Qurbanov bunu deyib:

Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdür, daha yaxşısına ümid edirdik. Qarşımızda “Qarabağ” var idi. amma pis oynamadıq. Aqressivlik var idi, hücum qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi ki, hesabı açaq.

Amma bacardığımız qədər oynadıq. Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish