- Baxış sayı: 33
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 44
- Aprel 20, 2024
- 0
UEFA koronavirusa görə dayandırılan milli liqaların vaxtından əvvəl bitirilməsini istəmir. Allsport.az xəbər verir ki, qurum 55 üzvünə xəbərdarlıq məktubu yollayıb:
“Yaxın aylarda futbolun bərpa olunacağına əminik. Bu zamanlarda liqaların ləğv etmək əsassız qərar olar. Yaxın aylarda futbol hökümətin tələblərinə uyğun keçirilə bilər. Qalibləri meydanda müəyyənləşdirmək lazımdır. Oynamaq üçün şərait yaranmasa, mövsümün başa çatdırılması son seçim olmalıdır”.
Azərbaycanda premyer liqa 20-ci turun oyunlarından sonra dayandırılıb. Sona 8 tur qalmış “Qarabağ” 45 xalla 1-ci, “Neftçi” 37 xalla 2-ci, “Keşlə” 30 xalla 3-cüdür.