- Baxış sayı: 37
- 15 Dekabr 2025 20:54
- Baxış sayı: 97
- Dekabr 15, 2025
- 0

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Kütləvi Futbol Həftəsi çərçivəsində Ağcabədi olimpiya kompleksinin stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
Allsport.az xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağcabədi olimpiya idman kompleksinin direktoru Əfqan Həmzəyev təqdim ediblər.