- Baxış sayı: 25
- 12 Dekabr 2024 13:23
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
Avropa çempionatı-2020-nin oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədiylə UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb. Allsport.az saytı xəbər verir ki, 70 nəfərlik heyətlə Bakıya gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyati olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar.
UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakı olimpiya stadionu (BOS), şəhərdəki otellər, fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.
UEFA icraiyyə komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı olimpiya stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də “A” qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.