UEFA-dan azərbaycanlı hakimlərə növbəti təyinat

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti dəfə təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, konfrans liqasının qrupunda “Slovan” (Bratislava, Slovakiya) –  “Jalqris” (Litva) qarşılaşmasında yer alacaq. Ona yan xətt hakimləri qismində Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. 4-cü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Sentyabrın 8-d’ Slovakiyada oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish