Püşkatma ilə bağlı yeni qərar: Ukrayna ilə Belarus eyni qrupa düşə bilməyəcək

Avro-2024-ün seçməsinin püşkatması zamanı, Ukrayna ilə Belarus eyni qrupa düşə bilməyəcək. Allsport.az saytı xəbər verir ki, hər 2 ölkə ilə bağlı bu qərar ilk dəfə verilib.

UEFA icraiyyə komitəsi beynəlxalq yarışlardan kənarlaşdırılmış Rusiya millisi adı çəkilən mərasimiə də buraxmayıb. Buna Rusiya ilə Ukrayna arasında müharibə səbəb olub. Belarusun isə yarışda iştirakına icazə verilib.

Belarus dövlərinin Rusiyaya siyasi dəstək verməsi ilə əlaqədar, bu ölkənin komandasının Ukrayna ilə eyni qrupa daxil edilməməsi qərarı verilib. Bundan başqa, əvvəlki illərdə olduğu kimi, Azərbaycan və Ermənistan, Cəbəllütariq və İspaniya, eləcə də Serbiya ilə Bosniya və Hersoqovina eyni qrupa düşə bilməzlər.

Avropa çempionatının seçməsinin püşkatması oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish