- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
UEFA, Avropa liqasının “G” qrupunun 5-ci turunda “Nant” – “Qarabağ” oyununa təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin edib.
Allsport.az saytı xəbər verir ki, buna səbəb, Azərbaycan klubunun oyunda baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı quruma müraciətidir.
Bu gün məsələ ilə əlaqədar iclas keçirilib. Qol.az-ın məlumatına görə, “Nant” tərəfi bugünkü görüşdə heç bir təxribatın törədilməyəcəyi ilə bağlı zəmanət verib.
“Stade de Bojuar”da matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.