- Baxış sayı: 32
- 07 Noyabr 2025 17:25
- Baxış sayı: 34
- Noyabr 07, 2025
- 0

Mahir Əmrəlinin çıxış etdiyi “Dinamo” (Xorvatiya) klubunun çempionlar liqasının 3-cü təsnifatında Yunanıstan AEK-i ilə ilk oyunu təxirə salınıb.
Allspor.az saytı xəbər verir ki, buna səbəb, hər 2 komandanın azarkeşləri arasında baş vermiş iğtişaşdır.
Yunanıstanda bu hadisə meydan sahiblərinin bir azarkeşinin ölümünə səbəb olub. Nəticədə, UEFA görüşü bu gün keçirilməyəcəyinə qərar verib.
Həmçinin, komandalar arasında hər 2 oyun azarkeşsiz baş tutacaq.