- Baxış sayı: 12
- 10 Noyabr 2025 11:35
- Baxış sayı: 82
- Noyabr 09, 2025
- 0

UEFA-nın yeni qaydaları “Liverpul” və “Real Madrid” klublarının çempionlar liqası matçlarına təsir edəcək.
Allsport.az xəbər verir ki, turnirin əsasnaməsinin 16.3-cü bəndinə görə, eyni iki komanda ardıcıl üç mövsüm eyni stadionda qarşılaşa bilməz. Bu o deməkdir ki, əgər klublar 2026/27 mövsümündə də çempionlar liqasında qarşılaşacaqlarsa, görüş “Enfild”də olmayacaq.
“Liverpul” və “Real” ardıcıl ikinci mövsümdür ki, əsas mərhələdə “Enfild”də qarşılaşacaqlar. Ötən mövsüm Arnen Slotun komandası bu stadionda 2:0 hesabı ilə qalib gəlmişdi.