- Baxış sayı: 31
- 03 Oktyabr 2024 23:40
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
2019-cu il mayın 29-da Bakıda keçiriləcək Avropa liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza mütəmadi səfərləri davam edir.
Allsport.az saytı xəbər verir ki, final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin noyabrın 14-də və 15-də oyunun keçiriləcəyi Bakı olimpiya stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə paytaxtımıza səfərdə olublar.
Səfər çərçivəsində BOS-da keçirilən tədbirdə Avropa liqasının layihə meneceri Andreas Schar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları stadionun ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.
Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar. Sonda xatirə şəkli çəkdirilib.