UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib

Konfrans liqasının rəsmi Tviter səhifəsində növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edilib. Allsport.az saytı xəbər verir ki, postda Azərbaycan təmsilçisinin futbolçuları – İbrahim Vədci, Abbas HüseynovKadi Borgesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda “Qrup mərhələsində “Qarabağ”ın ən yaxşı oyunçusu kim olub?” sualı da ünvanlanıb. “Köhlən atlar” pley-ofda Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək. İlk görüş fevralın 17-də səfərdə, cavab qarşılaşması həmin ayın 24-də Bakıda keçirələcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish