UFC gecəsində döyüşəcək Azərbaycan idmançılarını qəbul edib

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov, Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

Allsport.az saytı xəbər verir ki, o, iyunun 21-də döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Həmin gün Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi adları çəkilən döyüşçülər təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.

Həmin kateqoriyadan