UFC-ni VVE-yə dəyişəcək

UFC-də keçmiş müvəqqəti çempion (77 kq-a qədər) amerikalı Kolbi Kovinqton karyerası haqda açıqlama verib.

Allsport.az xəbər verir ki, o, yaxın iki il ərzində məşhur güləş təşkilatı VVE-yə keçmək niyyətində olduğunu deyib:

“Deyərdim ki, yəqin ki, iki ildən sonra VVE-də olacağam. Qarşıdakı bir-iki il ərzində rinqdə güləşimi və ictimaiyyəti sevindirmək bacarığımı təkmilləşdirmək üçün özümü məşqlərə həsr etmək istəyirəm.

Əsas məqsədim WWE-də bacarıqlarımı inkişaf etdirmək və güləş texnikalarımı təkmilləşdirməkdir. Ümid edirəm ki, uğur qazana bilərəm”.

Həmin kateqoriyadan