“Uğurlar yüksək hazırlığın nəticəsidir”

Şahmat federasiyasında qadınlardan ibarət millinin üzvləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, qadın şahmatçıların uğurunu təlim-məşq toplanışlarında aparılan yüksək hazırlığın nəticəsi kimi dəyərləndirib:

“Olimpiadada qızlarımız heç bir rəqibdən çəkinmirdi. İddialı komandalara qarşı layiqli mübarizə aparmaqla böyük təcrübə göstərdilər. İndiyə qədər heç vaxt qadın yığmamız bu səviyyədə hazırlıq keçməyib. Uğurlar yüksək hazırlığın nəticəsidir. İnanıram ki, növbəti olimpiadada qadın yığmamız ilk üçlükdə yer alacaq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish