“Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm”

“Sumqayıt” premyer liqanın sonuncu – XXXVI turunda “Səbail”i səfərdə darmadağın edib – 4:1.

Allsport.az xəbər verir ki, “kimyaçılar”ı məşqçisi Vurğun Hüseynov oyundan sonra bunu deyib:

“Oyunla bağlı danışılası çox şey yoxdur. Uşaqlar toparlanmağı bacarıb mövsümün son oyununda qələbə qazandılar. Bu matç bizim üçün az da olsa önəmli idi. Çünki turnir cədvəlində bir pillə yüksəlmək fürsətimiz var idi. Futbolçulara təşəkkür edirəm. Enişli-yoxuşlu bir mövsüm keçirdik. Bu nəticələr Sumqayıt kimi şəhərə yaraşmır. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. İnşallah növbəti mövsüm daha güclü “Sumqayıt” görəcəksiniz”.

Həmin kateqoriyadan