Ukrayna FİFA-dan İranı DÇ-2022-dən kənarlaşdırmağı xahiş edib

Ukrayna futbol assosiasiyasının icraiyyə komitəsi İranın Dünya Kuboku-2022-də iştirakına qadağa qoyulması xahişi ilə beynəlxalq futbol assosiasiyasına müraciət edib. Allsport.az saytı xəbər verir ki, qara dənizlilərin iddiasına görə, İran Rusiyaya silah verir, həmçinin FİFA nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur.

Bundan əvvəl bir qrup iranlı futbolçu və futbol xadimi FİFA-dan İran millisinin DÇ-2022-dən kənarlaşdırılmasını tələb etmişdi. Daha öncə Dominikanın BMT-dəki daimi nümayəndəliyinin səfiri FİFA prezidenti Canni İnfantinonu Qətərdə keçiriləcək dünya çempionatında İranı yığmasını İtaliya ilə əvəzləməyə çağırıb.

Dünya çempionatın noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi İngiltərə, Uels və ABŞ milliləri ilə bir qrupda yer alıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish