- Baxış sayı: 31
- 26 Mart 2023 12:34
- Baxış sayı: 93
- Mart 26, 2023
- 0
Bu gün qadın voleybolçuların yüksək liqasının 6-cı turunda “Abşeron”, özündən üst pillədə qərarlaşan “Murov”a 3:1 qalib gəlib. Görüşdən sonra komandanın diaqonal oyunçusu Ülkər Kərimova allsport.az saytına açıqlama verib:
“Bundan öncə “Azərreyl”i 3:0 yenmişdik. Bu, bizi daha ilhamlandırdı. Növbəti oyuna daha yaxşı hazırlaşdıq və meydançaya özümüzə tam inanaraq cıxdıq. İlk 2 setdə rəqib öndə olsa da, durumu çevirə bildik, 2:0 irəli keçdik.
3-cü hissədə oyunu bitirmək istəsək də, öz səhflərimizdən 1 seti “Murov”a hədiyyə etdik. 4-cü bölmədə toparlayib son nöqtəni qoyduq. İrəlidə məqsədimiz bütün oyunları qələbə ilə başa vurub Azərbaycan çempionu olmaqdır”.