• Ça. İyl 5th, 2022

Ülkər Kərimova: “Yeni mövsüm üçün daha çox üzərimizdə çalışmalıyıq”

Apr 17, 2022

AVF-in idman zalında qadın voleybolçuların super liqasının 12-ci turunda UNEC klubu çempionatında gümüş mükafatı öncədən özünə təmin edən “Azərreyl”ə 1:3 məğlub oldu. “Tələbələr”in 8-nömrəli liberosu Ülkər Kərimova oyundan sonra allsport.az saytına açıqlama verdi:

“Çempionatı sonuncu yerdə bitirdiyimiz üçün məyusuq, lakin yeni mövsüm üçün daha çox üzərimizdə çalışmalıyıq. Əsasən hücüm və blok da inamlı çıxış etmək üçün hazırlaşmalıyıq.

Növbəti mövsüm hanqqında danışmaq hələ çox tezdir. Ölkə çempionatında çıxış edən komandalar avqust ayından toplanış məşqlərini başlayıllar. Hansı klubda çıxış edəcəyimi bilmədiyim üçün, bu haqda ətraflı məlumat verə biməyəcəyəm”.

Aynur MEHDİYEVA

AllEscortAllEscort