- Baxış sayı: 44
- 28 Sentyabr 2023 22:53
- Baxış sayı: 29
- Sentyabr 28, 2023
- 0
Avropa liqasının “H qrupunda “Hakken” – “Qarabağ” oyununa biletləri satışa çıxarılması ilə yanaşı, tribunalarda qonaq tərəfdarlara ayrılan yerlər də bəlli olub. Allsport.az saytının məlumatına görə, İsveçdə yaşayan həmyerlilərimizə “A” və “P” sektorlarının ortasında yerləşən üst qatda 300-nəfərlik xüsusi bölmə ayrılıb. Zonalar meydanın tam ortasında mediaya ayrılan məkanla üzbəüz nöqtədədir.
Öncələr “köhlən atlar” İsveç klubları ilə səfərdə 2 dəfə qarşılaşıb. Sundusvalda və Göteborqda “Qarabağ”ı tək qoymayan İsveç azərbaycanlıları, 200 və 300 tərəfdarla komandamızı arenadan salamlamışdı. Nəzərə alsaq ki, adı 2-ci çəkilən şəhərdə növbəti görüş qrup oyunudur. “Hakken” ilə matça maraq da azərbaycanlılar arasında daha yüksəkdir.
Görüş yerli vaxtla saat 21:00-da başlayacaq.
Mansur DADAŞOV, İsveç