Ülvi İsgəndərov 15-ci qolunu vurub

Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 13-cü turunun “Zirə” ilə ev matçında da fərqlənib. 25 yaşlı futbolçu 90+3-cü dəqiqədə meydanın düz mərkəzindən vurduğu baxımlı qolla komandasına 1:0 qələbə qazandırıb. Hücumçu “Qəbələ”nin heyətində meydana çıxdığı 87-ci rəsmi matçda 15-ci dəfə rəqib qapısına yol tapıb.

O, klub tarixində 15 və daha çox qol vuran 16-cı futbolçudur. Bombardirlər cədvəlinə isə 33 topla Viktor Mendi başçılıq edir.

Qəbələ şəhər stadionundakı qarşılaşma onun premyer liqada yubiley – 75-ci matçı olub. O bu görüşlərdə 12-ci dəfə fərqlənib. Hücumçu digər 3 qoluna ölkə kubokunda imza atıb. Xatırladaq ki, Ülvi “Qəbələ”də ilk qolunu 2017-ci il noyabrın 29-da Azərbaycan kubokunun “Mil-Muğan”la oyununda (8:0) vurub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish