Ülvü Qənizadə gümüşlə kifayətləndi, 4 bahadırımız medal qazanmaq imkanını saxlayır

Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 4 çəkidə mükafatçılar bilinib.

2-ci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2, sonra 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu 10:0 üstələyib. O, yarımfinalda türkiyəli Səlçuq Canı 4:3 yenib. Təəsüf ki, uğur sıralamasını finalda davam etdirə bilməyib və serbiyalı legionçu Əli Arsalana 4:7 uduzub.

Sənan Süleymanov (77 kq) ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.

Bu gün Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq) və Arif Niftullayev (97 kq) finala çıxa bilməsələr də, bürünc medal qazanmaq imkanlarını saxlayırlar. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish