“Ümid edirəm ki növbəti oyunlarda hər şey yaxşı olacaq”

Azərbaycan premyer liqasının XXII turunun “Şamaxı” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib:

“Təəssüf ki məğlub olduq. Futbol elə bir oyundur ki əlinə düşən fürsətləri dəyərləndirməlisən. İlk hissədə böyük üstünlük bizdə olsa da bundan lazımınca istifadə edə bilmədik.

Oyunumuzdan göründüyü kimi, komandada hər şey qaydasındadır. “Şamaxı”nı qələbə münasibəti ilə təbrik edirəm. Qarşıda çox oyunlarımız var. Ümid edirəm ki növbəti oyunlarda hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan